Avqustun 4-də parlamentin növbədənkənar sessiyasında polisi döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Bu hadisədən sonra o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılıb. Həmin gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılan Eldəniz Səlimov 3 ay azadlıqdan məhrum edilib. O, hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Maraqlı məqam budur: Toxunulmazlığı ləğv edilmiş deputatın mandatı nə vaxt və necə ləğv olunur? Toxunulmazlıq ləğv edilirsə, deputat bütün səlahiyyətlərini itirirmi?
Yenisabah.az-a danışan Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov bildirib ki, MSK-nın mandat ləğvi barədə qərar verməsinə ehtiyac yoxdur. “Bu məsələyə ümumiyyətlə, MSK baxmır. Deputat mandatının ləğv edilməsi yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Əgər cinayət əməli məhkəmədə təsdiq olunarsa və məhkəmə hökmü qüvvəyə minərsə, o zaman Eldəniz Səlimovun mandatı ləğv ediləcək. Amma istintaq gedə-gedə, yəni məhkəmənin son qərarı olmadan, apellyasiya qərarı verilib hökm qüvvəyə minmədən deputatın mandatı ləğv oluna bilməz”.
Akif Qurbanov mandat ləğv edilənədək Eldəniz Səlimovun deputat maaşı alacağını da diqqətə çatdırıb: “Həmçinin, onun digər səlahiyyətləri də qalır, lakin funksiyasını icra etmək imkanında olmalıdır, təcridxanada isə vəzifələrini icra etmək imkanı olmayacaq. Texniki olaraq hələ də deputat statusunda qaldığına görə Eldəniz Səlimov deputat sorğusu verə, aidiyyəti üzrə məlumatlar ala bilər. Amma deputat olaraq prosesdə iştirak etmə imkanı yoxdur. Əgər məhkəmə həbs-qətimkan tədbiri seçmədən istintaqı davam etdirsə, onda Eldəniz Səlimov prosesdə iştirak etmə imkanına malik olar”.
Keçmiş MSK üzvü əlavə edib ki, mandat ləğv olunmadıqca deputat köməkçisi də öz vəzifəsində qalmalıdır. Əgər bu mandata görə dövlət deputata maaş verirsə, köməkçi də bu hüquqdan faydalanır. “İndi sadəcə olaraq Eldəniz Səlimovun toxunulmazlığı götürülüb, bu isə o anlama gəlir ki, o, ittihamla üz-üzə qala və məhkəmə istintaq tədbirləri ona qarşı təsdiq oluna bilər. Toxunulmazlıq olsaydı, onu təsdiq etmək mümkün olmazdı. Parlamentin qərarı ilə bu imkan yaradılıb”.
“Eldəniz Səlimov həbsxanada da deputat maaşı alacaq” – Keçmiş MSK üzvü
04
avqust
17:40
Qarabağ
KOMMENTLƏR
Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirildi
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - YENİLƏNİB
ŞOK! Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra HƏBS EDİLƏCƏK
Millət vəkili Baş Prokurorluq tərəfindən SAXLANILDI
Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə olunur - YENİLƏNİB
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı