İsmayıllı Rayon Mərkəzi Xəstəxanası XI sinif şagirdi Xəyal Bağıyevin qəfildən vəfat etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 5-i, gecə saat 22:10 radələrində xəstə 2005-ci il təvəllüdlü Bağıyev Xəyal Vidadi oğlu üçün təcili tibbi yardım stansıyasından evə çağırış verilib:
“İlkin olaraq xəstədə temperaturum 40.1°C yüksəlməsi, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər olub. Təcili yardım briqadası gələnə qədər xəstəyə evdə özləri analgin, dimedrol, novokain qarışığı əzələ daxili iyn' vurulub.
Təcili yardım stansiyasının feldşeri infuziya məhlulunu venaya qoşub və xəstəni Mərkəzi Xəstəxananın Təcili Yardım bölməsinə gətirib. Bölmədə xəstə müayinə olunub, ilkin yardım göstərilib”.
“Avqustun 6-ı, saat 01:00-da xəstənin vəziyyəti stabilləşib, yaxşılaşıb və xəstə evə buraxılmasını tələb edib. Evdə onun vəziyyəti təkrar pisləşib, şəxsi avtomobil ilə 04:15də təcili tibbi yardım bölməsinə gəlib. Gəldiyi zaman xəstənin vəziyyəti ağır olub.
Həkim briqadası - reanimatoloq, pediatr növbətçi həkim tərəfindən xəstəyə ilk yardım olunub, lakin aparılan müalicə tədbirlərinə baxmayaraq, xəstə saat 06:30-da vəfat edib”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xəyal Bağıyevin vəfat etməsi barədə məlumat yayılıb.
Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı - RƏSMİ
07
avqust
13:15
Qarabağ
KOMMENTLƏR
Təcili tibbi yardımın çağırışlara gecikməsinin səbəbləri açıqlandı – VİDEO
Baş həkim: “Dünən Bakıda 208 COVİD-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”
Bakıda təcili yardım maşını qəzaya düşdü - Həkimlər yaralandı
Azərbaycanda 11-ci sinif şagirdi vəfat etdi
Bakıətrafı kəndlərə təcili yardım niyə gecikir?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı