Şirvan Milli Parkında ceyranın güllə ilə vurularaq yaralanması haqqında sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlamasında bildirib ki, avqustun 9-da Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub.
İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.
Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.
A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil:
“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.
Şirvan Milli Parkında ceyran güllə ilə vurulub? - RƏSMİ AÇIQLAMA
10
avqust
14:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı