Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.
R. Bayramov son sözündə heç bir maddə ilə özünü təqsirli bilmədiyini deyib: "Mən saxlanılanda vəzifə səlahiyyətlərimi aşma, mənimsəmədə ittiham olunmuşam. Qeyd etməliyəm ki, mən nazir müavini olsam da, imza səlahiyyətim olmayıb, maddi-məsuliyyətli şəxs olmamışam. Nazirliyin bütün maliyyə hesabatları yoxlanılıb, problem olmayıb. Sonradan mənə verilən ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam".
Prosesdə hökm oxunub. Hökmə əsasən, R. Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə həmçinin qeyd edilib ki, R. Bayramovun istintaq dövründə üzərinə həbs qoyulan əmlakları dövlət hesabına müsadirə edilib. Özünün və yoldaşının "KapitalBank"da olan bank hesabının üzərinə qoyulan həbs isə götürülüb.
Sabiq nazir müavininə HÖKM OXUNDU
17
avqust
15:32
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı