Məşhur tikinti şirkəti olan "Akkord General Construction” MMC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, məhkəmə iddiasını "Fortis Group” MMC qaldırıb. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddia alqı-satqı üzrə mübahisələr barədədir.
"Fortis Group” MMC 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.
"Fortis Group” MMC "Azbentonit” MMC-nin bazasında yaradılıb. Yəni, 2004-cü ildə yaradılan "Azbentonit” MMC 2015-ci ildə "Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə "Fortis Group” MMC-yə çevrilib.
Araşdırmalar zamanı aydın olur ki, "Fortis Group” MMC "Garant Holdinqi”n törəmə müəssisəsidir. "Garant Holdinq” isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Bəzi məlumatlara görə, "Garant Holdinq”ə daxil olan bəzi şirkətlər Ziya Məmmədovdan alınıb. Lakin bu bütövlükdə holdinqin əldən çıxması demək deyil. Yəni, "Garant Holdinq” hələ də keçmiş nazirin nəzarətindədir.
Məlumat üçün deyək ki, "Fortis Group” MMC "Akkord”dan əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus "Gilan Holdinq”i məhkəməy vermişdi.
“Akkord”la Ziya Məmmədovun şirkəti arasında məhkəmə qalmaqalı
24
avqust
12:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı