Müğənni Səidə Sultanın vaksinasiyanın insanları zombiləşdirdiyinə dair açıqlaması böyük səs-küyə səbəb olub. Təkcə musiqisevərlər deyil, həmkarları da COVId-19 əleyhinə peyvəndə qarşı üsyan qaldırmış müğənnini topa tutub.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Vasif Məhərrəmli də Səidə Sultanın tənqidçilərindən biridir və bu tip fikirlərə inanmadığını deyib:
“Bu fikirləri yaymaqda məqsəd nədir? Yəni insanları öldürməyə çalışırlar? Öldürməyə qalsa, bunun üçün əldə min cür üsul var. Mən belə sözlərə, deyilən utopik fərziyyələrə inanmıram. Özüm 2 dəfə vaksin olunmuşam, lazım gələrsə, üçününü də vurduracağam. İnsanları maarifləndirmək lazımdır".
Vasif Məhərrəmlinin fikrincə, pandemiya barədə peşəkarlar danışmalıdır.
"Bəzi tibb işçiləri, bu sahədə çalışan, amma tibbdən bixəbər adadmlar, yaxud sahədən və bu mövzudan uzaq kəslər burnunu bu işə soxur. Dövlətin vaksinasiya ilə bağlı siyasətinə mane olurlar”, - deyə müğənni Səidə Sultanı hədəfə alıb.
Sənətçi vaksinasiyanın məcburi olmasının vacibliyini qeyd edib:
“Çıxıb deyirlər ki, vaksinasiya könüllü olmalıdır. Xeyr! Könüllü olsa, heç kəs gedib vaksin vurdurmayacaq. Bu iş məcburi şəkildə olmalıdır. Məncə, bu virusdan tezliklə canımızı qurtarmalıyıq. Güman edirəm ki, çıxış yolu yalnız və yalnız peyvənddir. Son vaxtlar statistikadan da aydın görünür ki, virusdan ölənlərin 99 faizi peyvənd olunmayanlardır. Yəni hansısa naxələfin, şərəfsizin, saxta COVİD pasportu verənlərin bəlasına keçənlərdir”.
“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər
24
avqust
14:24
Qarabağ
KOMMENTLƏR
Səidə Sultan vaksinasiyaya qarşı çıxdı
Tanınmış aparıcı Səidə Sultanla dalaşdı: “Uzaq olsam yaxşıdır“ - Video
Səidə Sultanın əyləncə gecəsi: Daha bir restoranda karantin qaydaları kobud şəkildə pozuldu - VİDEO
Vasif Məhərrəmli karantini pozub oğluna dəbdəbəli ad günü keçirdi
Ermənilərdən azərbaycanlı müğənniyə qarşı təxribat
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı