Fövqəladə Hallar Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı verdiyi məlumatda bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət edərək güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.
Qeyd olunub ki, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!"
FHN əhaliyə müraciət etdi: Zərurət olmadan evdən çıxmayın!
02
sentyabr
16:50
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı