İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Bülbülün ev muzeyində olub.
Nümayəndə heyətinə Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyinin işğal zamanı ermənilər tərəfindən dağıdıldığı, talan edildiyi, evin həyətindəki büstünün də vandallığa məruz qaldığı barədə məlumat verilib.
Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra digər tarixi, dini və mədəni abidələr kimi, Bülbülün ev muzeyi də bərpa olunub və bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutub.
Nümayəndə heyəti ev muzeyini gəzib, Bülbülün şəxsi əşyaları ilə tanış olub.
Qonaqlar Bülbülün ermənilər tərəfindən güllələnərək dağıdılmış əvvəlki büstü və işğaldan sonra hazırlanan yeni büstünə də baxış keçiriblər.
Qeyd edək ki, səfər Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edir./apa
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada Bülbülün ev muzeyində olub
16
sentyabr
18:47
Qarabağ
KOMMENTLƏR
Bülbülün xarabalığa çevirilmiş ev-muzeyi - FOTO
Polad Bülbüloğlu Şuşada ata evinin bərpası haqqında danışdı - VİDEO
Ermənilərin növbəti vandallığı - Bülbülün heykəli tanınmaz halda
Bülbülün Şuşadakı ev muzeyinin necə bərpa ediləcəyi məlum olub
Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı