"Ermənistanın siyasi rəhbərliyi bir yandan Azərbaycanla əməkdaşlığa hazır olduğunun fonunu yaradır, kommunikasiyaların açılmağının vacibliyini vurğulayır. Bir yandan da elə addımlar atır ki, bunlar regionda əməkdaşlıq mühitinin formalaşmasına ciddi əngəllər yaradır".

Bizim.Media ilə dialoq zamanı bu fikirləri millət vəkili Elman Nəsirov açıqladı.
 

Deputat Ermənistanın atdığı son 2 addımın üzərində dayandı:

"Birincisi, bu, həyasızlığın son həddidir ki, Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edəsən, Bakını ermənilərə münasibətdə diskriminasiya siyasəti həyata keçirtməkdə ittiham edəsən. Ermənistan siyasi rəhbərliyi bu ittihamlarla BMT-nin beynəlxalq məhkəməsinə müraciət edib. 

İkincisi, Azərbaycan Gorus-Qafan yolunu ermənilərin təxribatçı davranışlarına cavab olaraq bağlayıb. Bu isə Azərbaycanın haqqıdır, çünki ora Qubadlı ərazisidir. Ermənilər bununla bağlı da beynəlxalq təşkilatlara müraciət edir və Azərbaycanı həmin yolu bağlamaqda ittiham edir".
Elman Nəsirov Paşinyanın etirafından da sitat gətirdi ki, bu, Azərbaycanın daxili işidir. Yəni, yolu bağlaya da, aça da bilər. 
Bəs bu ittihamların məqsədi nədir?

"İttihamlar ona yönəlib ki, vəziyyət həmişə gərgin olaraq qalsın. İrəvanın başlıca məqsədi ondan ibarətdir ki, onlar beynəlxalq aləmi münaqişənin bitmədiyinə inandırmaq istəyirlər. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, konflikt bitib".

Millət vəkilinin fikrincə, İrəvan bunun əksinə nail olmaq üçün 2 nüansı qabardır:

"1. Status məsələsi,

2. ATƏT-in Minsk Qrupunun yenidən canlandırılması.

Bu təxribatçı davranışlar isə qəbuledilməzdir. Belə olan halda Azərbaycan da özünün güclü təsir mexanizmlərini işə salıb. Bildiyiniz kimi, beynəlxalq ekspertlər də dəvət olunub və Ermənistanın Azərbaycana vurduğu maddi, mənəvi ziyan hesablanır. Ziyanın dəqiq məbləği bilindikdən sonra Ermənistana təqdim olunacaq.

Yaxşı olardı ki, onlar vurduqları ziyanı ödəsin. Yoxsa beynəlxalq məhkəmələrdə ciddi probkemlərlə üz-üzə qalacaqlar. 

Onların son təxribatları təzminat məsələsini aktuallaşdırıb və bu istiqamətdə işlər intensivləşəcək, yəni Azərbaycanın Ermənistana daha güclü sürpriz hazırlayıb".


скачать dle 12.1