Sumqayıt şəhərinin ən iri ticarət mərkəzlərindən birində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsul satışdan yığışdırılıb.
Xezerxeber.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin dəftərxana ləvazimatları satılan şöbəsində Çinin "Yalong" şirkətinin istehsal etdiyi 48 vərəqli dəftərin arxa hissəsində məhsul haqqında erməni dilində markalanmaya rast gəlinib.
Erməni dilində olan yazıda məhsulun Çinin "Yalong" şirkətinin istehsalı olduğu və Ermənistana ixrac edildiyi barədə məlumat yer alıb. Məhsulun üzərində Azərbaycan dilində isə heç bir məlumat verilməyib. Halbuki "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar ana dilində markalanmalıdır.
Məsələ ilə bağlı sözügedən ticarət mərkəzindən bildirilib ki, həmin firma ilə əlaqə saxlanıb və məhsullar da artıq ticarət mərkəzindən yığışdırılıb.
Mövcud vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, vəziyyətdən xəbərdardırlar və bu haqda araşdırma aparılır.
Azərbaycanda erməni dilində markalanmış məhsullar satılır? - VİDEO
22
sentyabr
10:09
Qarabağ
KOMMENTLƏR
Bakıda “ermənicə” məhsul niyə satılır? - Deputatlar
Azərbaycana gəlməli olan yağlar səhvən İrəvana göndərildi - FOTO
AZZA içində donuz əti olan məhsulları qanunu pozaraq satır – FOTOFAKT
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
Erməni jurnalist Paşinyana Azərbaycan dilində müraciət etdi - Get cəhənnəm ol! - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı