Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən 3 açıq tender müsabiqəsini qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibləri "Mühəndislik Tikinti Təchizat” MMC, "Simplex” QSC və "Element YT” MMC olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən Təhsil Nazirliyi:
- "Mühəndislik Tikinti Təchizat” MMC-yə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı avadanlıqların alınıb-quraşdırılması üçün 4 milyon 894 min 49 manat 88 qəpik;
- "Simplex” QSC-yə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üçün 6 milyon 483 min 790 manat 47 qəpik;
- "Element YT” MMC-yə isə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması üçün 13 milyon 99 min 713 manat 90 qəpik ödəyəcək.
Nazirliyin 24 milyon 477,5 min manatlıq tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, tenderin qalibi olan "Simplex” QSC-nin (VÖEN- 2601600121) dövlət büdcəsinə böyük həcmdə - 130 min 148 manat 60 qəpik borcu var.
Qeyd edək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi tender müsabiqəsini bu il iyul ayının 8-də elan edib. Sənəd qəbulu avqust ayının 25-də başa çatıb. 130 min manat vergi borcu olan şirkətin tenderdə necə iştirak etdiyini və bu qədər borcun hansı tarixlərə aid olduğuna aydınlıq gətirmək üçün həm Təhsil Nazirliyi, həm də "Simplex” QSC ilə əlaqə saxlamağa cəhd etsək də telefon zənglərimizə cavab verən olmadı.
130 min vergi borcu olan şirkət Təhsil Nazirliyindən 6,5 milyon manatlıq tenderi necə “udub”?
24
sentyabr
13:10

Qarabağ
KOMMENTLƏR
AMEA-da daha bir ŞÜBHƏLİ TENDER... - Dövlət müdaxilə etməlidir...
130 min vergi borcu olan şirkət Təhsil Nazirliyindən 6,5 milyon manatlıq tenderi necə “udub”?
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat