Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.
Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.
Tədbirdə nümayəndə heyətimizin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.
Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər.
Səfər oktyabrın 2-də başa çatacaq.
MM üzvləri AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
24
sentyabr
18:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat