Şəki şəhər I rayon Ə. Haqverdiyev küçəsi, ev 1-də yaşayan Sahib Lətifov əlillik pensiyasının kəsilməsindən şikayətçidir. Bu barədə o, “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib.
Sahib Lətifovun sözlərinə görə, o, 2012-ci ildən “Ağciyərin fibroz kavernoz vərəm” diaqnozu ilə ikinci qrup əlillik statusu alıb.
“Səhhətimə görə əmək qabiliyyətim yoxdur, heç yerdə işləmirəm. 130 manat əlillik pensiyası alıram, o da heç dərmanlarımı almağa çatmır. Bu ilin fevral ayından isə heç bir səbəb göstərilmədən kəsilib”.
Şikayətçi bildirir ki, mart ayında Bakıda 4 saylı Vərəm Əleyhinə Dispanserdə on beş gün müalicə alıb. Ona dispanserdən xəstəliyinin ən ağır formada olması ilə bağlı rəy verilib.
“Həmin sənədi gətirib Şəkidəki Vərəm Dispanserinə təqdim elədim. Bir müddətdən sonra yaxınlaşıb cavab haqqında məlumat almaq istədim. Əvvəl dedilər ki, cavab yoxdur, gah da dedilər sənədi gətirməmisən. Sonradan məlum oldu ki, həkim komissiyasından gətirdiyim sənəd dispanserdə itib.”
Sahib Lətifovun xəstəlik sənədi tapıldıdan sonra sistemə vurulub. Ancaq bir ay keçməsinə baxmayaraq, nə “təsdiq”, nə də “imtina” cavabı gəlib.
S. Lətifovun ailəsi ikisi azyaşlı olmaqla altı nəfərdən ibarətdir. Həyat yoldaşı Azərsuda yarım ştata fəhlə işləyir, 150 manat əmək haqqı alır. Oğlu isə günəmuzd fəhləlik etməklə ailəsini dolandırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İndi bu ailə NECƏ DOLANMALIDIR, CƏNAB NAZİR? - GİLEY
29
sentyabr
12:27

Qarabağ
KOMMENTLƏR
"İkinci dəfə imtina cavabı gəlib, bu dəfə isə..." - Sahil Babayevin daha bir QURBANI...
"Mart ayından oğlumun əlillik müavinəti kəsilib..." - GİLEY
Bakı sakini əlillik pensiyasının verilməməsindən şikayətçidir - GİLEY
Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb - GİLEY
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat