Ötən gün 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, dünən ölkə üzrə 413 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs., Malik Mustafayev küçəsində yerləşən, fiziki şəxs Ələkbərov Rüfət Tahir oğluna məxsus “Halal Süfrə” restoranı;
2. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Gənclik küçəsində yerləşən, fiziki şəxs Cabbarov Rasim Nurbala oğluna məxsus “Bağçalı” kafesi;
3. Bakı şəhəri, Nərimanov rayonu, S. Vurğun küçəsi, ev 120 ünvanında yerləşən, fiziki şəxs Mürsəlov Asif Arif oğluna məxsus “Dolma” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küç., ev 14E ünvanında yerləşən, fiziki şəxs Xosrovzadə Samirə Səməd qızına məxsus “Ampir” restoranı;
5. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küç., ev 1, döngə 1 ünvanında yerləşən, fiziki şəxs Xanəliyev Əsəd Zakir oğluna məxsus “Villa Private” restoranı;
6. Gəncə şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynova Ülviyyə Nazim qızına məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3, m.14 ünvanında yerləşən, fiziki şəxs Ağaverdiyev Elman Əlixan oğluna məxsus “Porto” otel.
AQTA daha 7 müəssisədə pozuntular aşkarladı
29
sentyabr
17:51
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı