Xalq artisti Nazpəri Dostəliyeva oğlunun vəfatından aylar sonra ilk dəfə efirə çıxıb. Müğənni ATV kanalında Zaur Nəbioğlunun verilişində qonaq olub. Veriliş sabah efirə gedəcək. Qeyd edək ki, sənətçinin böyük oğlu Əli Quliyev martın 22-də 41 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.