“Qeydiyyatdan keçməyən dərmanlarla bağlı səhiyyə nazirinin əvəzi Teymur Musayevlə müzakirələr çox sıx şəkildə davam edir. Teymur müəllim də bu məsələ ilə bağlı çox ciddi addımlar atacağını bildirib”.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
V. Qurbanov qiymət siyasətinə görə bir çox dərman şirkətinin nümayəndəliyinin ölkəni tərk etdiyini bildirib: “Bununla bağlı ciddi addımlar atılacaq”.
O, antibiotiklərin apteklərdə satılması ilə bağlı məsələyə də münasibət bildirib: “Bununla bağlı həm İcbari Tibbi üzrə Dövlət Sığorta Agentliyi, həm də Səhiyyə Nazirliyi ilə görüşmələrimiz gedir. Bütün dünyada antibiotiklərin reseptsiz satışına icazə verilməməsi qəbul olunub. Respublikamızda da bu işə nəzarət artıq ciddi tədbirlərlə həyata keçiriləcək. Vacib olan məqam odur ki, artıq xəstəxanalarımızda elektron resept sisteminə keçiriləcək. Bu da həkimlərimizi kağız üzərinə yazılmış reseptlərdən qurtaracaq. Apteklər yazılmış elektron resept üzərindən vətəndaşlara dərmanları təqdim edəcək. Bu da antibiotiklərin və digər reseptsiz satışa icazəsi olmayan dərmanların satışının qarşısını almağa gətirib çıxaracaq. Bu, qısamüddətli proses deyil. Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlərimiz davam edir”.
Antibiotiklərin reseptsiz satışının qarşısı alınacaq - TƏBİB
07
oktyabr
14:34
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı