“Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz – ELMAN ƏLİYEV” adlı sənədli film çəkiləcək.
Bu barədə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.
Onun sözlərinə görə, “MUSİQİ İLƏ QƏHRƏMANLIQ DASTANI YAZAN ŞƏHİDİMİZ – ELMAN ƏLİYEV” sənədli film layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir:
“”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa həsr olunmuşdu. Budəfəki film isə ötən ilin oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olan Elman Əliyev haqqındadır. Mingəçevir şəhərinin qəhrəman oğlu Şəhid Əliyev Elman Rakif oğlu həm idmançı, həm musiqiçi, həm də qanı ilə qəhrəmanlıq yazan, adını ürəklərə ömürlük yazdıran qəhrəmandır. Elman 1994-cü ildə Mingəçevir şəhərində dünyaya göz açıb. Mingəçevir şəhər 18 nömrəli məktəbdə təhsil alıb. Şəhidimiz avarçəkmə üzrə keçrilən yarışlarda medallar diplomlar qazanmışdır. Həmçinin, öz gözəl səsi ilə muğam ifa etmişdir. Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. İndi ondan geriyə qazandığı diplomlar medallar və şərəfli Şəhid adıdır. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm. Film başa çatandan sonra bəzi televiziyalarda efirə gedəcək, eyni zamanda, geniş təqdimatı baş tutacaqdır”.
Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz - Elman Əliyevlə bağlı film çəkiləcək
12
oktyabr
15:23
Qarabağ
KOMMENTLƏR
ASGA Vətən müharibəsində şəhid olan Allahverdi Babayevə film çəkəcək - VİDEO
Vətən müharibəsi haqda sənədli film hazırlandı - VİDEO
“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb - VİDEO
Azərbaycanda Fulya Öztürklə bağlı film çəkiləcək
Dərs deyə bilmədən tarix yazan qəhrəman şəhidimiz - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı