44 günlük Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun həyat yoldaşı avtomobil qəzası nəticəsində həlak olub.
Hadisə Kürdəmir rayonu ərazisində baş verib.
Məlumata görə, şəhidin ailəsi yaşadıqları Bakı şəhərindən Rəhim Hüseynovun doğulub, boya başa çatdığı Zərdab rayonu Gəlmə kəndinə gələrkən yol qəzası nəticəsində həlak olub.
Qeyd edək ki, Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb. İngilis, rus, erməni dillərini mükəmməl bilirdi.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Şəhidin həyat yoldaşı avtomobil qəzasında həlak oldu
21
oktyabr
16:51
Qarabağ
KOMMENTLƏR
Vətən Müharibəsi Qəhrəmanının şəhid olmasından bir il ötür
Qəhrəmanlığı dastana dönən Xudayarın doğum günüdür
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Düşməndən alınan ilk posta girən qəhrəmanımız - FOTO
Bu gün 31 yaşı tamam olan qəhrəman - Şəhid Fərid Məmmədov - FOTO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı