İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib. Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.
Ölkəyə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial işçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.
Sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edilikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Sonrakı mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək, yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.
Azərbaycan Hökuməti tərəfindən bu vaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da Sosial Xidmətlər Agentliyi ehtiyaclarına uyğun sosial-psixoloji reabilitasiya proqramı tərtib edilməklə sosial işlər aparıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər. Hazırda da onlarla sosial işlər davam etdirilir.
İraqdan gətirilən 38 azərbaycanlı uşaqdan 21-i xəstəxanalara yerləşdirilib - RƏSMİ
29
oktyabr
15:33
Qarabağ
KOMMENTLƏR
İraqda həbsdə saxlanılan daha 38 azərbaycanlı uşaq ölkəyə gətirildi (RƏSMİ)
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – Qərar
Müharibə dövründə sarsıntı keçirən ailələrə psixoloji dəstək verilib
Aprel ayında övladlığa verilən uşaqların sayı açıqlandı
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı