Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 5-də ölkəmizdə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Azərbaycanla Türk Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin gücləndirilməsinin və həmin ölkələrin təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.
Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarında aparılmış hərtərəfli və institusional tədbirlər barədə məlumat verib.
Baş prokuror qonağı cari ilin noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi haqda məlumatlandırıb.
Bağdad Amreyev yeni yaradılmış platformanın Türk Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirərək türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə təsis edilmiş Şuranın mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də səmərəli fikir mübadiləsi aparılıb.
Kamran Əliyev Türk Şurasının Baş katibi ilə görüşüb
05
noyabr
19:16
Qarabağ
KOMMENTLƏR
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
Əli Əsədov Türk Şurasının nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Kamran Əliyev korrupsiya ilə mübarizə sahəsindəki işlərdən DANIŞDI
Dövlət başçısı Anlaşma Memorandumu təsdiqlədi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı