Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu cür tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Cüzəm (Leproz) Xəstəxanasının keçirdiyi növbəti tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Lena” MMC (VÖEN-1307364501) olub.
Xəstəxana kotirovka sorğusunu sentyabr ayının 30-da elan edib. “Lena” MMC də eyni gündə - 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm (Leproz) Xəstəxanasının sifarişilə nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu xidmətlər üçün 10 min 831,5 manat alacaq.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Tender elanı ilə eyni gündə yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən mütəmadi olaraq keçirilir.
AĞINI ÇIXARTDILAR: Tender elanı ilə eyni gündə yaranan şirkəti qalib elan etdilər – Nazirlikdən müəmmalı tender
05
noyabr
18:51
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
Cəmi 8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı
Bu universitetdə daha bir şübhəli tender – FAKTLAR
Tenderin qalibi eyni tarixdə, eyni ünvanda, eyni şəxs tərəfindən yaradılan şirkətlərdən biri oldu
4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı