Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi "Opus" MMC (VÖEN-1302149191) olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən "Opus” MMC Nərimanov rayonu ərazisində yerləşən "Əbu Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərini hazırlayacaq.
Qeyd olunan işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti "Opus" MMC-yə 115 min manat vəsait ayıracaq.
Qeyd edək ki, "Opus" MMC 01.02.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayil Müşfiq, ev 8, m. 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi tanınmış memar Məmmədov Ədalət Eyvaz oğludur.
Məlumat üçün bildirək ki, Əməkdar memar Ədalət Məmmədov 1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhərağa məscidi, Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasının divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.
Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin YUNESKO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqəsinin qalibi noyabr ayının 4-də elan olunub. Lakin, mətbuatda yayılan məlumatlardan belə görünür ki, "Əbu Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanmadan məsciddə söküntü işlərinə başlanılıb.
Bundan başqa tender müsabiqəsində qalib gələn "Opus" MMC-nin dövlət büdcəsinə 2 min 907 manat vergi borcunun olduğu bildirilir.
Qeyd edək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Əgər vergi borcu son bir ay ərzində yaranmayıbsa (sənəd qəbulu 1 oktyabr tarixində başlayıb) "Opus" MMC-nin tenderdə iştirakı mümkünsüzdür. //Yeniavaz
İcra Hakimiyyəti “Əbu Bəkr məscidi” üçün 115 min manat ayırdı
06
noyabr
11:17

Qarabağ
KOMMENTLƏR
Bakıdakı Əbu-Bəkr məscidi açılır - Tender elan olundu
AMEA-da daha bir ŞÜBHƏLİ TENDER... - Dövlət müdaxilə etməlidir...
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
İcra Hakimiyyəti 2 ay əvvəl yaranan və 2 manat kapitalı olan şirkətə 198 min manat ayırdı – MÜƏMMA
Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat