Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə sədr əvəzi təyin edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə Anar Rzayev təyin olunub.
Qeyd edək ki, Anar Rzayev bu ilin avqust ayında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənovun müavini təyin olunmuşdu.
Xatıradaq ki, ölkə başçısının 1 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində "Nəqliyyat-Servis”, "1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "1 saylı Gəncə Regional Nəqliyyat”, "2 saylı Quba Regional Nəqliyyat”, "3 saylı Şirvan Regional Nəqliyyat”, "4 saylı Lənkəran Regional Nəqliyyat”, "5 saylı Yevlax Regional Nəqliyyat”, "6 saylı Şəki Regional Nəqliyyat”, "7 saylı Göyçay Regional Nəqliyyat”, "8 saylı Sumqayıt Regional Nəqliyyat”, "9 saylı Ucar Regional Nəqliyyat”, "10 saylı Şəmkir Regional Nəqliyyat”, "11 saylı Tovuz Regional Nəqliyyat”, "12 saylı Beyləqan Regional Nəqliyyat”, "13 saylı Cəlilabad Regional Nəqliyyat”, "14 saylı Şamaxı Regional Nəqliyyat”, "15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və "Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb.
Nazirdən yeni təyinat
11
noyabr
16:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı