“Sınaq imthanlarının qiymətini qaldıran Dövlət İmtahan Mərkəzidir (DİM). Özəl kurslar isə DİM-in qiymətlərinə baxaraq qiymətləri qaldırırlar”.
Bu sözləri təhsil eksperti Elşən Qafarov söyləyib.
“DİM-in ikimərhələli imtahanlarının qiyməti 13 manat, özəl kurslarda keçirilən imtahanların qiyməti isə 14-15 manatdır. Kurslar qiymətlərini Dövlət İmtahan Mərkəzinə uyğunlaşdırırlar. Təbii ki, sınaq imtahanlarının qiymətinin bu qədər baha olması doğru deyil”.
Ekspert bildirib ki, imtahanlar iki mərhələli keçirildiyinə görə qiymətlər bahalaşıb:
“Sınaq imtahanları əvvəllər 5 manat idi, indi isə ikimərhələli keçirilməsi qiyməti 2 dəfə artırıb. Situasiya, açıq tipli suallar və onların yoxlanmasını nəzərə alaraq qiymətləri qaldırdılar. Azərbaycanda qiymət bir dəfə qalxdısa, bir daha enmir.
İmtahanların qiymətini qaldıran zaman situasiya tipli sualların olmasını, sualları yoxlayan müəllimlərin əmək haqqını əsas gətirmişdilər. Lakin situasiya tipli sualları çıxarandan sonra da qiymətlər dəyişmədi.
Kurslar qiyməti özləri müəyyən edir, onlara nə isə deyə bilmərik. Dövlət büdcəsindən maliyyələşən Dövlət İmtahan Mərkəzi isə qiymətləri bu qədər çox qoyursa, təbii ki, etiraz etməyə haqqımız var.
Problemin həlli üçün Dövlət İmtahan Mərkəzi daha tez-tez sınaq imthanları keçirməli və qiymətləri 50% azaltmalıdır. İmtahanlar tez-tez keçirilərsə, qiymətlər azalsa, bu proses kurslarda olan qiymətlərə hökmən təsir göstərəcək”.
Dövlət İmtahan Mərkəzinə ağır ittiham: “Qiymətləri iki dəfə qaldırıblar“
15
noyabr
13:06
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı