"Novruz müəllimin yanına gəlməyən bütün sənət adamlarına səslənirəm, xahiş edirəm, bu dar məqamlarda, ağır günündə onu unutmayaq, tək qoymayaq. Hamı ona baş çəksin, onun dostlarına ehtiyacı var".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov xərçəng xəstəliyindən əziyyət çəkən həmkarı Novruz Qartalın səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, ağır əməliyyat keçirən bir xəstəni dostları tək qoymamalıdır:
"Novruzun vəziyyəti ortadadır, ağır onkoloji əməliyyatdan çıxıb. Belə bir məqamda onu tək qoymaq olmaz. Məni gördü, çox sevindi, birlikdə çay içdik. Dedi: "Rəhman, inanırsan, neçə gün idi çay içə bilmirdim, gəlişin bir dərman kimi oldu, səninlə mən də çay içdim. Ruhlandıq. Canı ilə əlləşir, gəlin, ona bir dərman olaq".


скачать dle 12.1