Cəlilabad rayon Babalı kənd sakini Məlikov Elməddin Əliqulu oğlu Prezidentə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cəlilabad rayon Babalı kənd sakiniyəm. Bayxanlı kəndində məktəbində fiziki tərbiyə müəllimi işləyirəm. Müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak edərək ixtisasımdan yüksək bal toplamışam. Kəndimizdə dərs saatı az olduğundan qonşu məktəblərin məktəblərində vakant qalan yerlər üçün əvvəlcə Cəlilabad RTŞ müdiri Ağaxan Ağayevə dəfələrlə müraciət etmişəm. Hər dəfəsində müxtəlif bəhanələrlə məni aldadaraq vakant yerlərin dərslərin məndən aşağı bal toplayan müəllimlərə verib. Yuxarı orqanlara etdiyim şikayətlərdən sonra RTŞ müdiri Ağaxan Ağayev məni çağıraraq bildirdi ki, hələlik vakant yer yoxdur vakant yer tap mənə bildir sənə dərs verim. Mən isə maraqlanaraq ona bir neçə boş qalan vakant yerlər haqqında məlumat versəmdə həmin yerlərdə mənə dərs verilmədi. Ağaxan Ağayev belə bəhanə etdi ki, RTŞ-nin kadrlar şöbəsinin müdiri Orxan Əzimov həmin yerləri ondan xəbərsiz başqalarına verdiyini bildirdi. Mən ona “Siz necə müdirsiniz ki, sizdən xəbərsiz yerlərin başqalarına verdiyini dedikdə mənə bildirdi ki, Orxan Əzimovun atası önəmli bir şəxsin yanında işlədiyinə görə ondan çəkindiyini bildirdi. Ancaq mənə bildirdi ki, yenidən vakant yer taparamsa işlə təmin olunacağıma söz verdi. Ancaq tapdığım məktəbin direktoru mənə bildirdi ki, Ağaxan Ağayev məndən həmin yerlər üçün 500 manatdan pul alıb və məndə onu kimdən pul almışamsa onlara verəcəm. RTŞ müdiri öz bibisi oğlu Mahiri direktor təyin etdiyi məktəbdə fiziki tərbiyə müəllimi ərə gedib çıxıb getməsinə baxmayaraq onun adını məktəbə saxlayıb, jurnalı başqasına yazdıraraq kartındakı pulunu mənimsəyirlər. RTŞ müdiri Cəlilabad təhsilini əməlli başlı bazara çevirib. Kim pul verirsə ona dərs verir. Vətən müharibəsində iştirak etdiyi üçün özünü tam toxunulmaz hesab edir. Deyir ki, get kimə şikayət edirsən et. Bu barədə 14 saylı ƏMHM-dən tutumuş bütün orqanlara şikayət etmişəm. Məktubum Ağaxan Ağayevə göndərildiyin şikayətimi bildikləri kimi bağlayıb.Məni şikayətdən vaz keçməyəcəyimi görüb haqqımda anonim məktublar yazdıraraq mənə şantaj edir. Anonim məktubda yazdırıb ki, guya mən hansısa şagirdi vurmuşam, ruhi xəstəliyim var.
Sizdən xahiş edirəm ki, məni və Cəlilabad əhalisini mafioz təfəkkürlü RTŞ müdirindən qurtarıb, onun haqqında tədbir görəsiniz".
Nazir bir Cəlilabada GÖZ GƏZDİRSİN... - Kənd müəllimi Prezidentdən kömək istədi
13
dekabr
11:41
Qarabağ
KOMMENTLƏR
Cəlilalabad RTŞ-nin müdiri Ağaxan Ağayev yanğından mal qaçırırmış kimi təhsili yağmalayır- ŞOK FAKTLAR
Cəlilabadda şəhid ailəsini KİM İNCİDİR? - NARAZILIQ!
Təhsil Nazirliyi: Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi
40-a yaxın məktəbin direktoru yoxdur - Bakıda
Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı