Göyçy rayonu Cəyirli kənd sakini Cəbrayılov Cehun Zeynəddin oğlu tərəfindən ölkə rəhbərliyinə şikayəıt ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Azərbaycan Sənaye Sığorta şirkəti vəzifə səlahiyyətlərindən sui-istfadə edib mənə qarşı qanunsuzluq edir ki, nəticədə də süründürməçiliyə məruz qalmışam.
Belə ki, 13 noyabr 2021-ci il tarixdə tarixdə təxminən saat 10-30 radələridnə Göyçay rayonunun Cəyirli kənd ərazisində avtomobil qəzası baş vermişdir.Nəticədə mənə məxsus 90 EF 045 nömrəli Vaz-21723 markalı avtomobilim əzilərək ziyan dəymişdir. Bu barədə Göyçay Rayon Polis Şöbəsinin Yol Patrul Xidməti tərəfindən aparılan araşdırma nəticəsində qanunamüvafiq qərar qəbul olunmuşdur. Hadisəni törədən İsmayılov Vüsal Polad oğluna məxsus 99 MB 628 nömrəli “MERSEDES BENZ" C180 markalı avtomobil Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən sığorta olunmuşdur.
Azərbaycan Sənaye Sığorta şirkəti mənə dəymiş zərəri tam ödəmək istəmir məni süründürməçiliyə məruz qoyub. Hansı ki, qəza nəticəsində mənim avtomobilimə dəymiş zərəri müstəqil eksper hesablayıb rəy vermişdir.
Buna görə mənə dəymiş 1592 manat zərəri Azərbaycan Sənaye Sığorta Şirkəti ödəməlidir.Ancaq Azərbaycan Sənaye Sığorta şirkəti mənə həmin məbləğin yarısını ödəmək istəyir və bunu onunla əsaslandırır ki, qəzanın baş verməsində təqsirinin yarısı Vüsal İsmayılovdadır yarısı isə səndədir.
Mən isə onlara izah edirəm ki, hadisə yerində Göyçay Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları olaraq araşdırma ölçü baxış işləri aparıblar.Göyçay RPŞ-nin YPX-nin 13.11.2021-ci il tarixli TP 4710118 nömrəli qərarı ilə 99 MB 628 nömrəli “MERSEDES BENZ" C180 markalı avtomobili idarə edən İsmayılov Vüsal Polad oğlunun 13.11.2021-ci il tarixdə avtomobil qəzası törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta törətməsi müəyyən olunmuşdur.Göyçay RPŞ-nin YPX-nin 13.11.2021-ci il tarixli qərarı ilə təsdiq olunub ki, qəza mənim yox qarşı tərəfin təqsiri nəticəsində baş verib.Buna görə Azərbaycan Sənaye Sığorta şirkəti avtomobil qəzası nəticəsində mənə dəymiş 1592 manat zərəi tam ödəməlidir.
Mən buna dair bütün zəruri sənədlər Azərbaycan Sənaye Sığorta şirkətinə təqdim etmişəm.Ancaq indiyə qədər heç bir ödəniş olunmayıb süründürməçiliyə məruz qalmışam.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respubliaksının vətəndaşlarına müraciət edirəm ki, Azərbaycan Sənaye Sığorta şirkətinə etibar və müraciət etməyin orada əmlakınızı avtomobilinizi sığorta etdirməyin əks halda mənim kimi süründürməçiliyə məruz qalacaqsınız.Bu sığorta şirkətinin mənə qarşı saxtakarlıq qanusnzuluq etməsi sənədlərlə subut olunub.Bu sığorta şirkəti reklamdakı kimi şəffaf etibarlı və dəqiq deyil hamısı yalandır.
Mən Prezident cənab İlham Əliyevdən, İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovdan, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin sədri cənab Rövşən Nəcəfovdan xahiş edirəm şikayət ərizəmi mənim iştirakımla araşdırıb avtomobil qəzası nəticəsində mənə dəymiş 1592 manat zərərin Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəsiniz və süründürməçilik yaratmış Azərbaycan Sənaye Sığorta şirkətinin rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görəsiniz".
Vətəndaş sığorta şirkətindən GİLEY EDİR - MÜRACİƏT
28
dekabr
10:42
Qarabağ
KOMMENTLƏR
"Azərbaycan Sənaye Sığorta" ASC ödənişdən boyun qaçırır - GİLEY
YPX-nin rəis müavini vətəndaşı şantaj etməsin deyə 1500 manatı necə aldı? - ŞOK MÜRACİƏT
“Ata Sığorta”dan şikayətlər bitmək bilmir... - Bu da növbətisi...
"Azəsun"un tərkibində olan "Azərbaycan Sənaye Sığorta" dəymiş ziyanı ödəmir - NARAZILIQ!
“Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - NARAZILIQ!
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı