Əməkdar artist Gülüstan Əliyeva ATV kanalında yayımlanan "1 dəqiqə" proqramına qonaq olub.
Müğənni proqramda I Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı Zahid Əhmədovu son nəfəsində görə bilməməsindən danışıb.
Onun sözlərinə görə, həyat yoldaşı pis vəziyyətdə olduğu üçün valideynləri onu onun yanına qoymayıb:
"Qaynatamgil qoymadı. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir. İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki, gəlməsin, məni belə görməsin. Mənim bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım, sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik. Mənə illər sonra dedilər ki, məni sayıqlayır. Çağırırmış ki, sözüm var, Rüfəti (oğlunu-red.) ona tapşırım. Amma heç kəs məni çağırmadı. Onun sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı".
Bildirək ki, ötən ilin sentyabrında G.Əliyeva şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını 30 ildən sonra ziyarət edə bilib.
"Həyat yoldaşımı son nəfəsində görməyə qoymadılar" - Əməkdar artist (VİDEO)
06
yanvar
22:09
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı