Nazir Muxtar Babayevin əmri ilə, Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdiri Xalıqverdi Hüseynov vəzifəsindən azad edilərək Meşələrin İnkişafı Xidmətinə rəisi təyin olunub.
Xatırladaq ki, Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı, Masallı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov vəzifəsindən çıxarılıb.
