Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 17-də ölkə üzrə 430 ictimai iaşə obyektində 768 monitorinq keçirilib.
AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Qüllə küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Gulle Garden” restoranı;
2. Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti 39 ünvanında yerləşən, hüquqi şəxs “Es-Er” MMC-yə məxsus “Biz-Bizə” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, X. Şuşinski küç., ev 76 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Xanlar oğluna məxsus “Beyaz” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 26, m. 17/18 ünvanında yerləşən, fiziki şəxs Səlimzadə Nərminə Həsənağa qızına məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov küç., ev 148B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç ət” restoranı;
6. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 65 ünvanında yerləşən, fiziki şəxs Əmrullayev Qabil Fazil oğluna məxsus “Qağayı” çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
"Qoç ət" və bir neçə restoran cərimələndi - SİYAHI
18
yanvar
16:26
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı