“OBA MARKET” MMC-nin satış mağazalarında başlıca problem bir işçinin eyni vaxtda 4-5 növdə iş görməsidir. Bu vəziyyət həm orada çalışan işçilərin, həm də alıcıların haqlı narazılığına səbəb olur. Belə ki, bir mağazada 2 və ya 3 işçi olur.
Faktinfo.az xəbər verir ki,əmək haqları 400 AZN-dən çox olmayan işçilər mağazaya gələn malları boşaltmalı, çeşidləməli, vitrinlərə yerləşdirməli, eyni vaxtda müştərilərin aldıqları məhsul elektron tərəzidə çəkilməli və kassada vurulmalıdır. Hətta, səhər və axşam mağazanın iki dəfə təmizlənməsi də həyata keçirilməlidir. Ona görə də orada çalışan bir çox işçilər narazılıq edərək işlərindən ayrılır.
Bu kimi əməyin istismarına dözməyən işçilərin əksəriyyəti orada işləməkdən boyun qaçırırlar. Məsələn, “OBA MARKET”in Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68-A4-də yerləşən 2-ci satış mağazasında yuxarıda sadaladığımız anoloji vəziyyət yaşanır.Məhz buna görə də ”OBA MARKET”in mağazalarında hər həftə yeni-yeni simalara rast gəlmək mümkündür.
Məsələyə münasibət öyrənməyə çalışılıb, zənglərə cavab verilməyib.
"Oba" marketlər şəbəkəsində İŞÇİLƏRİN HÜQUQU YOXDUR... - Rəsmi qurumlar HARA BAXIR?
27
yanvar
11:22
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı