Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub. DİA.AZ gununsesi.info-ya istinadən xəbər verir ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.

“Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın.
Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.