"Yardımlı icra hakimiyyətinin fonduna yığılan pullar hara gedib ki, şəhid məzarını uzun illər sonra şəhidin doğmaları öz vəsaitləri hesabına inşa etdiriblər. İcra başçısı Ayaz Əsgərova sual edirik: Sən bu kəndə niyə gəlmirsən, niyə bircə dəfə də olsun bizim şəhidin anasını ziyarət etmirsən ki, necə dolanır və necə yaşayır.."
Bəli, Yardımlının Bozayran kəndində öz qüruru ilə yaşayan, I Qarabağ müharibəsinin şəhidi Heybət Hüseynovun anası Sultanova Gülvəs Səhrəng qızı da sənin necə laqeyid icra başçısı olduğunu artıq bilir. Şəhid anası işə görə Yardımlı İHB-yə müraciət edib nəvələri Hüseyni Yusif Dövlət oğluna və Huseyinli Sücayətə iş istəyəndə bilmirdi ki, onu da aldadıb yola verəcəklər. Yusif hal-hazırda şəhid əmisinin qisası naminə kəsfiyyat bölüyündə hərbi xidmətdədir, şəhidin digər qardaşı Nemət də ki, qarabağ qazisidir.
Axı, Yardımlıda şəhidlərə, qazilərimizə niyə yetərincə baxmırlar, çünki, icra başçısının vecinə deyil. Prezdentin tapşırığı var ki, şəhid ailələrinə və qazi ailələrinə hər cür köməklik edilsin, işlə təmin edilsinlər. Amma bu tapşırıqlar bizdə icra edilmir, icraya gedirsən də mənası olmur. Eləcə deyirlər ki, vəsait guya yoxdu, amma fonda keçən pullar hara gedir, bilinmir.
Şəhidimizin məzarını özümüz düzəltmişik, eybi yoxdur. Amma Ayaz müəlim cavab verməlidir! İndiyə qədər neçə şəhidin evinə səmimi olaraq gedib, ümumiyyətlə rayonda özündən və yaxınlarından başqa kimlərin bir işinə yarayıb? Rayonda bu qədər işsizliyə niyə meydan açıb?..
Demokratik.Az bildirir ki, bu fikirləri bir neçə gün əvvəl Yardımlının Bozayran kənd sakinləri səsləndiriblər. Bir neçə gün öncə Yardımlı İHB Birinci Dağlıq Qarabağ müharibəsi şəhidi Heybət Hüseynovun məzarının öz yaxınlarının vəsaiti hesabına inşa edilməsinə münasibəti belə sərt təpkiyə səbəb olub.
Yerli icra hakimiyyəti yazmışdı ki, "Birinci Dağlıq Qarabağ müharibəsi şəhidlərinin məzarı kimi düzəldilmişdir. Şəhidin anası müraciət edərək məzarın mərmərdən düzəldilməsini tələb etmişdir. Məzarın mərmərdən düzəldilməsi üçün hazırda vəsait yoxdur. Vəsait olduqda məzar mərmərdən düzəldiləcək. RİH başçısı tərəfindən Şəhidin anasına dəfələrlə maddi köməklik göstərilmişdir. Şəhidin anası Sultanova Gülvəs Səhrəng qızı nəvələrinin işlə təmin olunması ilə bağlı müraciət etmişdir. Müraciəti Rayon Məşğulluq Mərkəzində qeydə alınmışdır. Müvafiq boş iş yeri yarandıqda köməklik göstəriləcək" - sitatın sonu.
Demokratik.Az
Yardımlı sakinlərindən icra başçısına ETİRAZ - TƏFƏRRÜAT
07
fevral
12:05
Qarabağ
KOMMENTLƏR
“Şəhidin bulağını sökmək nə deməkdir?” – Mahmudov əsəbiləşdi
Bələdiyyə sədrindən Şəhid ailəsinə hörmətsizlik – Qaxda Şəhidin məzarını ziyarət etməyə izn verilmədi
Zaqatalanın icra başçısı ilə bağlı ŞOK İDDİA - NARAZILIQ VAR!
Qaxın icra başçısı Şəhid anasını ALDATDI - "Heçmi vicdanınız oyanmadı?! "
"Dəfələrlə icra başçısına müraciət etmişəm..." - GİLEY
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı