Ağdamın icra başçısı Vaqif Həsənov Qarqar çayının Ağdam rayon Əfətli və Yusifcanlı kəndləri arasından keçən hissəsində qanunsuz karxana işlədir. PİA.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılmış məlumatda bildirilir.
Qeyd edək ki, bir çox icra başçılarının davamlı olaraq “hakimiyyətləri” altında olan rayonların təbii sərvətlərini talamaları heç də yeni xəbər deyil. Əksinə bu, Azərbaycanda ənənə halın almış bir vəziyyətdir. Yeni ya da köhnə komandaya aid olmalarından asılı olmayaraq, hər hansı bir rayona təyinat alan icra başçısı ilk olaraq həmin rayonun təbii sərvətini talan etməyə başlayır və icra başçıları “biznes sahəsibdə ilk addımlarını” da bu sahədə atırlar.
Çox təəssüf ki, milli sərvətlərimizi qorumaqla vəzifəli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələri də başçların bu talanına göz yumurlar. Və onları da elə də qınamaq olmur. Çünki müstəqillik illərinin ilk illərindən formalaşan bir ənənə daha var və bu ənənə “icra başçısı rayonun Allahıdır”, deyiminə dayanır. Yəni icra başçısının bu talanına sinə gərən hansısa bir ETSN işçisinin həmin rayonda vəzifədə qalması imkansız bir şeydir...
Keçək Vaqif Həsənovun karxana biznesinə. Sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, başçının karxana biznesinin başında yaxın qohumu Əhliman İmanov dayanır. Elə həmin Əhliman İmanov Quzanlı qəsəbəsində qanunsuz istismar etdiyi karxananın qum və çınqılından tamet istehsal edir. Əhliman İmanov həmçinin Vaqif Həsənovun Bakının müxtəlif rayonlarındakı obyektlərini də idarə edir. Bunlaraa Badamdar qəsəbəsindəki kafe də aiddir.
Ağdamın icra başçısı haqda ilginc iddialar... - "...karxana biznesinin başında yaxın qohumu Əhliman İmanov dayanır"
07
fevral
15:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı