Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak edib. Hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, burada şəxsi heyət üçün lazımi şərait yaradılıb. İnfrastruktur bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, əşya anbarları, məişət otağı, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Bina işıq, su və kommunikasiya xətləri, o cümlədən mərkəzi istilik və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. İqlim şəraitinin daha sərt olması nəzərə alınaraq yataqxanalarda əlavə olaraq müasir odun sobaları da quraşdırılıb.
Yeməkxana ilə tanışlıq zamanı müdafiə nazirinə məruzə olunub ki, burada müasir avadanlıqla tam təchiz edilən mətbəx, ərzaq anbarları, eləcə də hərbi qulluqçuların isti yeməklə təminatına cavabdeh personal üçün ayrıca istirahət otağı mövcuddur. Həmçinin yeməkxanada müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Şəxsi heyət daim təzə çörəklə təmin edilir. Yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.
Sonra Müdafiə Nazirliyin rəhbər heyəti hərbi obyektin avtomobil parkını da ziyarət edib. Park ilə tanışlıq zamanı çətin relyefli və qarlı ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınmasının təmin edilməsi məqsədilə yeni istifadəyə verilən tırtıllı və xizəkli texnikalar haqqında məlumat verilib.
Döyüş hazırlığı planına uyğun keçirilən məşğələlərin gedişatı ilə maraqlanan general-polkovnik Z.Həsənova məruzə edilib ki, qar üzərində yerimək üçün xüsusi fərdi avadanlıqlar və silahlanmaya yeni qəbul edilən xüsusi texnikanın gücü ilə bölmələrin çevik və təhlükəsiz hərəkəti təmin edilib.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş növbətçiliyinin daim yüksək səviyyədə aparılması barədə müvafiq tapşırıqlar verib.
Kəlbəcərdə yeni hərbi infrastruktur istifadəyə verildi - VİDEO
10
fevral
17:53

Qarabağ
KOMMENTLƏR
Zakir Həsənov Qarabağda hərbçilərə tapşırıq verdi: "Döyüş qabiliyyəti artırılsın" (FOTOLAR)
Zakir Həsənov Kəlbəcər və Laçında yerləşən hərbi hissələrdə olub - VİDEO
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı oldu - VİDEO
Zakir Həsənov azad edilmiş ərazilərə getdi - Tapşırıqlar verdi (VİDEO)
Zakir Həsənov Kəlbəcər və Laçına getdi - FOTO/VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat