“Vornado” MMC (VÖEN- 1702747831) fəaliyyətinə xitam verilərək “Baku Hospitality Group” MMC-yə (VÖEN- 1702206281) qoşulduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, “Baku Hospitality Group” MMC “Vornado” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Məlumat üçün bildirək ki, Nizamnamə kapitalı 25 milyon 360 min 756 manat olan “Vornado” MMC 19.11.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Əhmədli Orxan Subutay oğludur.
“Baku Hospitality Group” MMC isə 27.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 manat olan MMC-nin qanuni təmsilçisi Əmikişiyev Elnur Vidadi oğludur.
Onu da bildirək ki, Bakıda mehmanxana və restoran işinin təşkili üzrə fəaliyyət göstərən “Baku Hospitality Group” MMC təsis olunduğu zaman şirkətə sabiq millət vəkili, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşı - Elruz Fətiyev rəhbərlik edib.
Elruz Fətiyev eyni zamanda 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınan “Peachline” MMC-nin direktorudur. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub.
“Baku Hospitality Group” MMC-yə rəhbərlik edən Orxan Əhmədli eyni zamanda Elruz Fətiyevin direktoru olduğu “Peachline” MMC-də müştərilərlə iş üzrə menecer vəzifəsində çalışır.
Bundan başqa həm “Baku Hospitality Group” MMC, həm də “Peachline” MMC-nin yerləşdiyi ünvan kimi “AF Business House” biznes mərkəzi (Nizami küç. 203) göstərilir.
Qeyd edək ki, yenidən təşkil olunduğunu elan edən “Baku Hospitality Group” MMC-nin hazırda dövlət büdcəsinə böyük həcmdə - 710 min 495 manat vergi borcu var.
25 milyon kapitalı olan şirkət 710 min borcu olan şirkətə birləşir - TƏFƏRRÜAT
14
fevral
16:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat