Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.
"Report" xəbər verir ki, deputat M.İbrahimqızı çıxışında deyib ki, o, bütövlükdə mollaları qara geyimdə görmək istəməyib.
Deputat bildirib ki, bütün sahələrdə belə hallar var: “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Ulu öndər mənə 5 dəfə etimad edib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.
Fəzail İbrahimli isə qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir: “Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.
"Siz bu ideyanı Hacı Salmandan alırsınız..." - Milli Məclisdə mübahisə
15
fevral
15:29
Qarabağ
KOMMENTLƏR
"Siyasi partiyalar haqqında" qanun layihəsi sonuncu oxunuşda müzakirə olunur
"Siyasi partiyalar haqqında" qanun layihəsi sonuncu oxunuşda qəbul olundu - YENİLƏNİB
Pakistan Parlament nümayəndə heyəti Azərbaycana gəldi
Deputat arayışın qiymətinin yüksək olmasından şikayətləndi
“58 partiyadan yalnız 11-nin adını saya, xatırlaya bildim” - Deputat
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı