Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev "Van der Val Intl. Transport Bakı" şirkətinin ona məxsus olmasını təsdiqləyib.
DANX rəisi bu barədə Baku TV-yə müsahibəsində bildirib. Anar Rzayev qeyd edib ki, 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik edib:
"Bu ilin avqust ayınadək (səhv - ötən ilin avqust) akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”.
Qeyd edək ki, Qaynarinfo "Van der Val Intl. Transport Bakı" şirkətini Anar Rzayevlə bağlılığını araşdırıb. Məlum olub ki, Anar Rzayevin "ədalət prinsipi” daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu "Van der Val Intl. Transport Bakı" şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib.
Anar Rzayev etiraf etdi: "Rəhbəri olduğum şirkətə indi qardaşım başçılıq edir"
18
fevral
11:34
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı