Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası müxalifət tərəfindən irəli sürülən - Şuşa Bəyannaməsi ilə bağlı anti-Türkiyə və anti-Azərbaycan mahiyyəti daşıyan bəyanatı qəbul etməyib.
Fevralın 23-də Ermənistan parlamentində "Ermənistan” blokunun irəli sürdüyü Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb. Bəyanatın müəllifi Andranik Tevanyan adlı deputat olub.
Bəyanatda Şuşa Bəyannaməsinin Ermənistan üçün qəbuledilməz olduğu vurğulanıb. Lakin erməni müxalifətinin bəyanat qəbul etmək istəyi parlamentdə qəbul edilməyib. Hakim "Vətəndaş sazişi” Partiyasının (Nikol Paşinyanın rəhbərlik etdiyi) üzvləri buna əngəl olublar.
Erməni müxalifəti bu addımı qəzəblə qarşlayıb. Belə ki, bunun Qarabağın Azərbaycanın olması, Zəngəzur dəhlizinin açılması faktının qəbulu kimi qiymətləndirib.
Bəyanatı irəli sürən Andranik Tevanyan isə məsələyə bu cür reaksiya verib:
"Mən gözləmirdim ki, Türkiyə yönümlü siyasət hakim fraksiya tərəfindən bu cür açıq şəkildə alqışlanacaq”.
Ermənistan müxalifətinin bu cür revanşist ruhda çıxışlarının daxili auditoriyaya yönəlməsi fakt olaraq qalmaqdadır. Ermənistan iqtidarının və ya müxalifətinin hazırkı geosiyasi reallıqlar şəraitində Azərbaycanın maraqlarına qarşı çıxmağa cəhd göstərmək iqtidarında belə olmadığı bəllidir. Belə olan halda isə Ermənistan parlamentində Şuşa Bəyannaməsi ilə bağlı müzakirələr sadəcə şou xarakteri daşıyır. İndiki halda erməni müxalifəti reallıqdan kənar çıxışlar etməyi özünə rəva bilsə belə, iqtidar Azərbaycana qarşı hər hansı təxribat xarakterli addımların mümkün nəticələrindən qorxaraq qərar verməyə məcburdur.
Ermənistan parlamenti Şuşa Bəyannaməsinə qarşı çıxmağa cəsarət etmədi
21
fevral
13:13
Qarabağ
KOMMENTLƏR
Ermənistan parlamenti Azərbaycanı pisləyən bəyanatı qəbul edə bilmədi
Ermənistan parlamenti Azərbaycan və Türkiyə əleyhinə bəyanatı qəbul etmədi
Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi
Bu şəxslər Ermənistan prezidentliyinə namizəd ola bilər – KİV
Erməni tərəfi üçtərəfli bəyanata əməl etmək istəmir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı