Bakıda xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən şirkət rəhbəri Nurlan Əsgərzadəyə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Bakisesi.com "report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, N.Əsgərzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azadlığıa buraxılıb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib.
Qeyd edək ki, şirkətlərdən birinin təsisçisi və direktoru olan N.Əsgərzadə 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
İttihama görə, o, ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilən qaydalardan sui-istifadə edilməsi yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul alıb.
Həmçinin, N.Əsgərzadə həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik edib.
İstintaq tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.2 (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2 (dələduzluq-təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
N.Əsgərzadənin barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bakıda şirkət rəhbərinə elektron qolbağın taxılması barədə hökm çıxarıb
21
fevral
15:20
Qarabağ
KOMMENTLƏR
Klinika rəhbərini rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən qadına hökm oxunub
Xalası qızına qarşı dələduzluq edən qadınla bağlı QƏRAR
DİN adından istifadə edərək dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
30 min manatlıq dələduzluq edən şəxs HƏBS OLUNDU
Vətəndaşları aldadan "prokuror" HƏBS EDİLDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı