“Fevralın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında keçirilən aksiyanın əsas məqsədi qardaş qırğınına son qoyulmasına dəstək nümayiş etdirməkdir. Faktiki olaraq, iki slavyan dövləti hazırda bir-birinin düşməninə çevriliblər. Ona görə də Bakıda keçirilən aksiyanı da humanitar dəstək kimi qiymətləndirirəm. Hər-halda belə aksiyanın keçirilməsi Rusiyanın əleyhinə deyil. Əgər analoji vəziyyətdə Rusiya olsaydı, Azərbaycan yenə də eyni addımları atardı. İndiki halda isə, ciddi itkilərə məruz qalan əsas tərəf Ukraynadır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ötən gün Bakıda Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək aksiyası barədə danışarkən deyib.
Deputat qeyd edib ki, ölkə vətəndaşları aksiyada tərəfləri yaranmış vəziyyətdən dinc yolla çıxışı üstün tutmağa çağırıblar.
“Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə iki dövlət arasında müəyyən müttəfiqlik münasibətləri formalaşdı. Eyni zamanda, Azərbaycan dövlətinin Ukrayna ilə də dostluq münasibətləri var. Azərbaycan Prezidentinin yanvarın 14-də Ukraynaya səfəri zamanı imzalanan müqavilələr də Azərbaycanla Ukraynanın tərəfdaş olduğunu sübut edir. Bugünkü reallıq isə ondan ibarətdir ki, iki slavyan dövləti – Rusiya və Ukrayna arasında müharibə gedir. Yəni, Rusiya və Ukrayna münasibətləri ən mürəkkəb dövrünü yaşayır. Həmçinin, Rusiyanın Qərblə münasibətləri də “soyuq müharibə”ni xatırladır. Təəssüflər olsun ki, müharibənin gedişatında ciddi itkilər var, dağıntılar baş verir. Belə olan halda, ölkələrin humanitar dəstəyə ehtiyacı yaranır. Əlbəttə ki, burada ilk növbədə dinc insanlara dəstəyin göstərilməsi, müəyyən tibbi ləvazimatlarla təminat nəzərdə tutulur. Azərbaycan dövləti də eyni məqsədlə Ukraynaya humanitar yardım göstərib. Bu konteksdə, Bakıda müharibə əleyhinə humanitar aksiya da keçirib. Vətəndaşlar Bakıda müharibəyə “yox” deyərək öz dəstəklərini nümayiş etdiriblər. Bu, heç bir halda Rusiyanın əleyhinə münasibət kimi səciyyələnməməlidir”, - deyə E. Nəsirov bildirib.
Elman Nəsirov: “Ukraynanın Bakıdakı səfirliyinin qarşısında keçilən aksiya Rusiyanın əleyhinə deyil”
28
fevral
12:17
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Azərbaycan Ukrayna ilə strateji tərəfdaş, Rusiya ilə müttəfiqdir”
Elman Nəsirov: “Bakı və Moskva müttəfiqdir, münasibətlərin bundan yüksək, ali səviyyəsi olmur”
Moskva Bəyannaməsinin Azərbaycan üçün müsbət tərəfləri nədədir?-VİDEO
Deputat Azərbaycanla Rusiya arasında imzalanacaq sənəddən DANIŞDI: "Bu, yol xəritəsi hesab oluna bilər"
“Azərbaycanın münaqişələrlə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur” - Deputatın ŞƏRHİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı