Ötən il ailə həyatı quran “Keşlə”nin kamerunlu futbolçusu Anatole Abanq ilə azərbaycanlı həyat yoldaşı Adelia Hacıyevadan xəbər var. Onun övladı dünyaya gəlib. Bu haqda Adelia özü məlumat verib. O, sosial şəbəkə hesabında yeni doğulan körpəsinin görüntüsünü paylaşıb. Adelia fotoya "xoş gəldin, qızım" qısa şərhini də əlavə edib.