Yardımlının icra başçısı Ayaz Əsgərovun xüsusi tapşırığı ilə şəhər mərkəzindəki 0,60 hektar ərazini əhatə edən yaşıllıq ərazi - park satılıb. Bir neçə gündür başlayan proses nəticəsində bağdakı ağaclar da traktor və digər kəsici texnikaların köməyilə məhv edilərək yaşıllıq ərazi məhv edilib. Demokratik.az bildirir ki, bu barədə rayon saytımıza rayon sakinləri məlumat verib.
Narazı sakinlərin sözlərinə görə, Ayaz Əsgərov rayonda torpaqları sata-sata indi də bir neçə il əvvəl İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar olaraq Heydər Əliyev fondu tərəfindən salınmış yaşıllıq zonasına göz dikmək kimi özbaşınalığa da imza atıb. Başçının maddi maraqları hesabına dağıdılan və satılan bağda ümumilikdə 600 dən artıq ağac mövcud olub, ağacların da əksəriyyəti meyvə ağacları olub. Yaxın vaxtlarda yaşıllıq ərazinin istirahət parkı kimi inşaası da nəzərdə tutulubmuş. Yaşıllıq ərazinin Yardımlı rayonunun mərkəzi prospektində, Polis şöbəsinin yaxınlığında yerləşir ki, bu da görünür, ərazinin satılması-alınmasına marağı artırıb.
İnanırıq ki, icra başçısının adı hallanan "yaşıl soyqırım" əməliyyatına Ekologiya nazirliyi susmayacaq. Eləcə də dövlət mülkiyyətində olan və Heydər Əliyev fondunun 2018-19-cu illərdə saldırdığı yaşıllıq ərazinin indi hansı zərurətə görə, kimə və neçəyə hansı yolla satılmasına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aydınlıq gətirəcək...
Ayaz Əsgərov DÖVLƏTİN MALINI SATIR... - NARAZILIQ VAR!
03
mart
11:50
Qarabağ
KOMMENTLƏR
Ağacları kəsən şəxs cəzalandırıldı
Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
“Quruyan ağacların yerinə yeniləri əkilir...” - Nərimanov İcra Hakimiyyətindən açıqlama
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Cəbrayıl, Zəngilan və Füzulidə meşələrin bərpası yekunlaşmaq üzrədir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı