Vətəndaşlar qapalı məkanlarda maska taxmaq tələbinin ləğvini istəyirlər
Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlnılıb ki, bu da vətəndaşlar arasında birmənalı qarşılanmayıb.
Sosial şəbəkərdə də apardığımız müşahidələr onu göstərir ki, insanların böyük bir qismi karantinin rejiminin yumşaldılmasına sevinməklə yanaşı, həm də qapalı məkanlarda maska və COVID-19 pasportu qadağasının ləğv olunmamasını xoş qarşılamayıblar.
Həkim-radioloq Aydın Əliyev də maskanın ləğvini tələb edən vətəndaşlara dəstəyini ifadə edib.
Onun fikrincə də, tibbi maska ilə bağlı qadağa ləğv olunmalıdır. Bundan əlavə, Aydın Əliyev maska qadağası ilə bağlı dünya təcrübəsini misal çəkib. O, Operativ Qərargahı maska qadağasını ləğv etməyə çağırıb.
Qeyd edək ki, yumşaldılma ilə əlaqədar qərara əsasən, dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:
Vətəndaşlar qapalı məkanlarda maska taxmaq tələbinin ləğvini istəyirlər - VİDEO
09
mart
17:39
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı