Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: "Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); "Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); "İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio); "İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio); "ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio); "Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası). Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib.
Müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
“Lider” radiosunun tezliyi “Real FM”ə verildi
11
mart
17:56
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı