Azərbaycanda hakimiyyətin qanunverici qolunu təmsil edən Milli Məclis əsas problemlərin qabardıldığı, onların həlli yolları ilə bağlı təkliflərin səsləndirildiyi, eyni zamanda müvafiq qanunların qəbul olunması kimi vacib funksiyaların daşıyıcısıdır.
Buna paralel olaraq, müasir dövlət idarəetməsində kütləvi informasiya vasitələri hakimiyyətin dördüncü qolu kimi qəbul olunur. Belə ki, KİV bir sıra problemlərin qabardılması və hakimiyyətin digər qollarının işinin şəffaflığının təmin olunması funksiyasını yerinə yetirir.
Daha çox narahatlıq doğuran məqamların qabardılması ilə məşğul olan KİV-in bu problemlərin çözüm yollarını göstərmək, eyni zamanda qanunverici hakimiyyətdə səsləndirilməsini təmin etmək məqsədilə millət vəkilləri ilə mütəmadi kontaktda olması vacib hesab olunur.
Ölkəmizdə də dövri mətbuatda deputatların müxtəlif mövzularda görüşləri, yaxud problemlərin həlli yolları ilə bağlı təkliflərinə tez-tez rast gəlirik.
Bu həm də millət vəkillərinin bir sıra problemlərə tanış olub, onun həlli yolları ilə bağlı təkiflər irəli sürməsini mümkün etməklə məsələnin digər hakimiyyət orqanlarına da yüksək səviyyədə çatdırılmasına imkan verir.
Eyni zamanda vətəndaşlar tərəfindən millət vəkillərinin hadisələrlə bağlı mövqeyini öyrənmək də əksər hallarda zəruri olur. Bu həm deputatalarla seçiciləri arasında körpünün daha sağlam dirəklər üzərində dayanmasını təmin edir, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayır.
Lakin praktikada da şahid olduğumuz kimi, bir sıra deputatlar mütəmadi olaraq mətbuatda çıxışlarla yadda qalsalar da, bir çoxlarının adı hətta jurnalistlərə belə tanış olmur.
Bizim.Media-nın araşdırmasına görə millət vəkilləri içərisində mətbuata daha açıq olmaları ilə seçilənlərin sayı o qədər də çox deyil. Aqil Abbas, Vüqar Bayramov, Vahid Əhmədov, Asim Mollazadə, Fazil Mustafa, Hikmət Babaoğlu, Razi Nurullayev, Elman Nəsirov, Musa Qasımlı mətbuatda adlarına ən çox rast gəlinən deputatlar hesab olunurlar.
Adları çəkilən millət vəkilləri üzvü olduqları komitələrin işinə uyğun olan mövzularda jurnalistlərin suallarını mütəmadi olaraq cavablandırırlar.
Fəzail Ağamalı, Sahib Alıyev, Nigar Arpadarai, Azər Badamov, Nizami Cəfərov, Etibar Əliyev, Tural Gəncəliyev, Hicran Hüseynova, İsa Həbibbəyli, Aydın Hüseynov, Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Anar İsgəndərov, Vüqar İsgəndərov, Tahir Kərimli, Musa Quliyev, Rüfət Quliyev, Elşad Mirbəşiroğlu, Rəşad Mahmudov, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Arzu Nağıyev, Əli Məsimli, Aqiyə Naxçıvanlı, Könül Nurullayeva, Zahid Oruc, Cavid Osmanov, Tahir Rzayev kimi deputatlar da əksər hallarda jurnalistlərin suallarını cavablandırırlar.
Tahir Mirkişili, Erkin Qədirli, Qənirə Paşayeva, Rasim Musabəyov, Soltan Məmmədov, Siyavuş Novruzov, Fatma Yıldırım müsahibədən yayınmağa daha çox üstünlük verirlər.
Digər deputatların isə mətbuata açıqlamalar verməsinə nadir hallarda rast gəlinir. Belə ki, onların əksəriyyəti kameralardan və telefon zənglərindən yayınmağı seçiblər. Buna görə də, jurnalistlər də onların əksəriyyətinə nadir hallarda müraciət edirlər.
Deputatların mətbuatdan uzaq qalması isə müəyyən problemlərin həllini müşkülə çevirir. Çünki hər hansı bir sferada mövcud olan problemi müvafiq komitəyə üzv olan millət vəkilinin diqqətinə çatdırmaq mümkün olmadıqda, onun qanunverici orqanda səsləndirilməsi və problemin həllinə nail olmaq da bir o qədər çətinləşir.
Mətbuata açıq və qapalı deputatlar – Kimlər suallardan yayınmağa üstünlük verir? - ADLAR
30
mart
16:40
Qarabağ
KOMMENTLƏR
Məmurlar deputatlar arasında niyə ayrıseçkilik edir? - YAP-çı deputatlardan SORĞU
Azərbaycanda deputat millət vəkillərinin maaşlarının azaldılmasını təklif etdi
Bakıda istilik problemi olan məktəblərin sayı AÇIQLANDI
Azərbaycanda pensiya islahatları davam etdiriləcək
Türkiyədə millət vəkilləri qəzaya düşdü: Ölən var
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı