Xəbər verdiyimiz kimi, Bakıda "Location” gecə klubunda baş vermiş partlayışa görə üç nəfər həbs olunub. Bunlar iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.
"Qafqazinfo” bu məqamda "Merser food” MMC ilə bağlı araşdırma aparıb.
Hazırda 711 manat vergi borcu olan "Merser food”un əvvəllər qanuni təmsilçisi Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.
Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.
Nurlan Kərimlinin adına daha bir şirkət də var ki, bu da "Merser” ASC-dir. Dövlət qeydiyyatına 2017-ci ildə alınan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir. Maraqlıdır ki, bu ünvanda daha bir şirkət qeydiyyatdan keçib. Söhbət "Merser Trade” MMC-dən gedir. 2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat göstərilib. Şirkətin qanuni təmsilçisi isə Yusubov İsrail Arzu oğludur.
Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - Yeni adlar
05
aprel
11:12
Qarabağ
KOMMENTLƏR
Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - FOTOLAR
“Gilan Holdinq”lə eyni ünvanda 200 milyondan çox kapitalı olan 16 şirkət qeydə alınıb - SİYAHI
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
“Azərsun Holdinq”ə məxsus daha bir şirkət ləğv olundu – SİYAHI
48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı