Paşa Sığorta şirkəti AzTV-ni məhkəməyə verib.
Bu barədə KONKRET.az-a etibarlı mənbədən məlumat daxil olub.
Belə ki, Paşa Sığorta şirkəti cavabdeh tərəf olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı iddia qaldırıb.
Qeyd edək ki, məhkəmə iclası aprel ayının 21-ə təyin olunub. İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudova baxacaq.
Məlumat üçün bildirək ki, tərəflər arasında sığorta müqaviləsi üzrə mübahisə məhkəmə predmeti yaradıb. Belə ki, subroqasiya (sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir.) qaydasında pul tələbi ilə bağlı mübahisənin yaranması Paşa Sığorta şirkətinin AzTV-ni məhkəməyə verməsi ilə nəticələnib.
Məsələ ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərgiz Rəfiyeva KONKRET.az –a açıqlamasında, bu barədə heç bir məlumatlarının olmadığını bildirib.
SON DƏQİQƏ: Paşa Sığorta AzTV-ni məhkəməyə verdi - AÇIQLAMA
08
aprel
16:33
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı