Əməkdar artist Tünzalə Əliyevanın səhhəti yenidən pisləşib.
Bu barədə lent.az-a "Toppuş bacı"nın özü açıqlamayıb. Aktrisa bildirib ki, vəziyyəti yaxşı deyil:
"Əvvəl sümüyümdə və ağ ciyərimdə idi. Belimdə 3 şiş var idi, MRT-dən sonra onun ikisi getdi, biri qaldı. İndi qara ciyərimə keçib. Qan analizi vermişik. Onun cavabı 1 həftəyə çıxacaq. Analizin cavabına uyğun həkimlər müalicə edəcək. Bu xəstəlik məndən əl çəkmir. Allahdan ümid kəsilməz. Həkimlər daim nəzarət edirlər. Buna görə də başda Milli Onkologiya Mərkəzində Əliyev Cəmil cənablarına və bütün heyətinə təşəkkür edirəm. Bütün müalicələrimi pulsuz həyata keçirirlər".
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.
"Toppuş bacı"nın vəziyyəti yenidən pisləşdi: Qara ciyərinə, sümüyə yayıldı...
12
aprel
15:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat