Bir müddət öncə saytımızda 300 minlik saatları ilə gündəmə gələn Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə bu dəfə sosial şəbəkələrdə seçisini aldatmaqla gündəmə gəlib.
32gun.az-ın məlumatına görə, ötən ilin oktyabr ayında onlayn qəbul keçirən deputat keçirdiyi görüş barədə rəsmi facebook səhifəsində paylaşım edib. Deputatın Nazim Əhmədov adlı seçicisi paylaşıma şərh yazaraq iddia edib ki, M.Abbaszadə onlayn görüşə zənglə onu da qoşacağına söz versə də bu baş tutmayıb.
Belə ki, M.Abbaszadə vətəndaşı 4 saat gözlətsə də nədənsə onu onlayn formatda qəbul etməyib:
"Mən övladımın ölüm işi ilə əlaqədar bu onlayn görüşdə iştirak etməli idim. Təəssüflər olsun ki, telefonun yanında 4 saat gözləsəm də mənə zəng olunmadı".
Seçicinin şərhinə Taleh Mürsəlov adlı  vətəndaş belə reaksiya verib: "Online görüşdə iştirak etsən də köməklik göstərməyəcək.Bu adam heç kimin işini aşırmayıb".

  • Deputat Mahir Abbaszadədən 4 saat gözlətdiyi seçicisinə HÖRMƏTSİZLİK:"Övladımın ölümü ilə bağlı..." (FOTO)



скачать dle 12.1